Psixoyardım Lenkeran

“Özünə yardım bacarıq və vərdişlərinin aşılanması” təlimi: Lənkəran 2023

15 mayda Lənkəran şəhərində vətən müharibəsinin iştirakçılarına dəstək xarakterli Psixoyardım layihəsi çərçivəsində təlimlər keçirilib.

“Özünə yardım bacarıq və vərdişlərinin aşılanması” təlimində təlimçilər Mələk Seyidova və Turan Balaşzadə müharibədə iştirak etmiş insanlara ilkin dəstək kimi özlərinin psixoloji problemlərin öhdəsindən gəlmələri məqsədilə onlara bacarıqlar aşılamağın yollarını öyrətdilər. ABŞ-nin nüfuzlu Berkley Universitetinin doktoru Dr. Kristin Neffin müəllifi olduğu beynəlxalq “Özünə-şəfqət” təlimi ölkəmizdə ilk dəfədir bizim layihə çərçivəsində qazilərimizə qrup şəklində keçirilir. Layihənin rəhbəri təşkilatın sədri, psixoloq Kamil Həmidovdur.

Təlimin mövzusu “Qızıl Xaç” beynəlxalq təşkilatın təlimçilər üçün təlim proqramını əhatə edir.

Layihə çərçivəsində hazırlanmış www.psixoyardım.az  saytı vasitəsilə vətən müharibəsi bütün iştirakçıları psixoloji testlərlə özlərinin psixoloji durumlarını  dəyərləndirə, yardım üçün müvafiq qurumlara çıxış əldə edə bilərlər.