PsixoYardım
PsixoYardım

“PsixoYardım: Vətən müharibəsi iştirakçılarına psixo-sosial  dəstək proqramı” layihəsi  proqram xarakterli formatdadır.  Layihənin iş planı aşağıdakı 3 istiqaməti əhatə edir:

1) Özünə yardım bacarıq və vərdişlərinin aşılanması: Müharibədə iştirak etmiş insanlara ilkin dəstək kimi özlərinin  psixoloji problemlərin öhdəsindən gəlmələri məqsədilə onlara bacarıqlar aşılamaq olduqca vacibdir. Qəzəbin nəzarət altına alınması (öfke kontrolu), effektiv ünsiyyət, özünə yardım, problem həlletmə bacarıqlarının gücləndirilməsi, artırılması, kopinq strategiyalar, emosional zəkanın genişləndirilməsi 

2) Yardım edənlərə bacarıq və vərdişlərin aşılanması: bu insanlarla daha çox təmasda olan dövlət qurumlarının əməkdaşlarına ilkin psixoloji yardım vermə və MHPSS-(Psixi Sağlamlıqda Psixo-Sosial dəstək) istifadə etmək üçün müvafiq proqramla tanış etmək

3) Yardımetmənin həll yollarına çıxış, davamlılığın təminatı – bütün müharibə iştirakçılarına ən əlçatan alət vebsaytın hazırlanması. Vebsaytda  istifadəçi öz durumunu psixoloji testlərlə dəyərləndirmək, istək və şikayətlərini yazmaq, özünə yardım ilə bağlı yerləşdiriyimiz faydalı məlumatlardan yararlanmaq imkanında olacaqdır. Sayt üzrə gələn məlumatları layihənin icra komandası imkan daxilində həll etməyə və ya lazımi mütəxəsislərə, qurumlara yönləndirməyə və bu yönləndirmələrin nəticələrini nəzarət altında saxlamağa çalışacaqdır.