Psixoloji ilk yardım nədir?

Stress çəkənlərə humanist, dəstəkləyici və praktiki yardım:

  • Fasiləsiz, praktiki qayğı və yardım
  • Ehtiyac və problemlərin qiymətləndirilməsi
  • Əsas ehtiyaclarının (qida, su) qarşılanmasında yardım
  • Dinləmə (təzyiq göstərmədən)
  • Rahatlatmağına və Sakitləşməsinə yardım
  •  Məlumatlandırma, o cümlədən mövcud yardım/xidmət haqqında
  • Daha da zərər görməməsi üçün qorunma

Psixoloji ilk yardım nə DEYİLDİR?

  • Yalnız mütəxəssis tərəfindən DEYİL
  • Sırf kliniki və ya psixiatrik müdaxilə DEYİL
  • “Psixoloji konsultasiya” DEYİL
  • Dərin və dəqiq məlumatı əldə etmək üçün DEYİL
  • Öz hekayələrini/hiss etdiklərini/baş verdiyini ətraflı təsvir etmələri üçün TƏZYİQ GÖSTƏRİLMİR.

Böhran hadisələri zamanı cavab tədbirləri:

  • İki fərqli insan eyni şəkildə reaksiya vermir.
  • Böyüklər və uşaqlar çox fərqli reaksiyalara malik ola bilərlər. 
  • Fiziki əlamətlər (titrəmə, baş ağrıları, yorğunluq, iştahsızlıq, ağrı və sancılar)
  • Narahatlıq, qorxu
  • Ağlama, hüzün və qəm
  • Günah hissi, utanc (sağ qaldığına və ya digərlərini xilas etmədiyinə görə)
  • Sağ qaldığına görə sevinc
  • Əsəbi olmaq, Tikan üstündə oturmaq,
  • Qəzəb, qıcıqlanma
  • Hərəkətsizlik, içinə qapalı
  • Çaşqın – harada/nə vaxt/nə baş verdiyini hətta öz adını bilməmək
  • Cavab verməmək, tam susmaq
  • Özünün və ya uşaqlarının qayğısına qala bilməmək (yeməmək və ya içməmək, sadə qərarları verə bilməmək)

Gərgin olan insanlara yardım

Uşaqlar və böyüklər:

  • Əsas ehtiyacları qarşılandıqda, zamanla daha yaxşı bərpa olunur
  • Ciddi və ya uzunmüddətli gərginlik ilə üzləşənlər daha çox yardıma ehtiyac duya bilərlər
    • Onları tək olmadıqlarına inandırın        
    • Şiddətli reaksiya bitənədək/başqa dəstək və yardıma qədər onları təhlükəsizlikdə saxlamağa çalışın.

Psixoloji ilk yardım: Kimə?

  • Ciddi gərginlik və yaxın zamanda ağır stress yaşamış insanlara
  • Hər bir böyük və uşaqa

Böhran hadisəsi ilə üzləşmiş hər kəs, psixoloji ilk yardıma ehtiyac duymaya və ya istəməyə bilər

  • məcburi etməyin
    • yardım istəyə biləcəklərə – onu etməyə hazır olduğunuzu göstərin
    • Bəzi uşaqlar, böyüklər kimi, da çətin vəziyyətlərin öhdəsindən çox yaxşı gəlirlər.

Kimlərə, daha hərtərəfli yardıma ehtiyac var?

  • Həyati təhlükə yaradan ciddi zədələrlə
  • Özlərinin və ya uşaqlarının qayğısına qala bilmədikləri üçün çox məyus olan şəxslərə
  • Özlərinə zərər verə biləcək şəxslər
  • Digərlərinə zərər və ya həyatlarına təhlükə gətirə biləcək şəxslər

Psixoloji ilk yardım: Nə zaman?

  • Dərhal hadisədən sonra
  • Bəzən bir neçə gün/həftə sonra

Psixoloji ilk yardım: Harada?

  • Təhlükəsiz olan hər hansı yerdə
  • Mümkün qədər başqalardan uzaq/kənar bir yerdə (Məxfiliyini və ləyaqətini qorunması)

Xüsusi qayğı?
 (təhlükəsizlik və xidmətlərə əlçatanlıq)

  • Uşaqlar və yeniyetmələr

Xüsusilə, qayğı göstərən şəxslərdən ayrı düşənlər

  • Səhhətində problemi olanlar və əlillər

–        Hərəkət edə bilməyən / xroniki xəstəliyi olan / eşitmə və ya  görmə qabiliyyətini itirən / yaxud ciddi psixi pozuntuları olan şəxslər

  • Zəif yaşlı şəxslər, hamilə qadınlar və ya körpəsi olanlar
  • Ayrı-seçkilik / zorakılığa məruz qalmaq riski olanlar

–        Qadınlar, müəyyən etnik və ya dini qruplardan, psixi     pozuntuları olan şəxslər

ƏLAQƏ QURUN

  • Hörmətlə yanaşın
  • Adınızı deyərək özünüzü təqdim və kim olduğunuzu, nə işlə məşğul olduğunuzu, nəyə görə orada olduğunuzu izah edin
  • Yardım ehtiyacı olub-olmadığını soruşun, təhlükəsiz və sakit yer tapın
  • Özünü rahat hiss etməsinə yardım edin (su və ədyal verin)
  • Onları təhlükəsizlikdə saxlamağ çalışın

EHTİYAC VƏ PROBLEMLƏRİ BARƏDƏ SORUŞUN

  • Bəzilərinin nəyə ehtiyac olduğu konkret bilinsə də, hər zaman bu sualı verin
  • Prioritetlərini soruşun: onlar üçün nəyin ən vacib olduğunu öyrənin.

ONLARI DİNLƏYİN VƏ SAKİTLƏŞMƏLƏRİNƏ YARDIM EDİN

  • Həmin şəxslərə yaxın dayanın
  • Onları danışmağa məcbur etməyin
  • Rahat və sakit şəkildə danışın, diqqətli olun
  • Danışmaq istədikləri zaman onları dinləyin

Həddən artıq sıxıntı içərisində olarlarsa, onların sakitləşmələrinə yardım edin və tək olmadıqlarından əmin olun.

Fəal dinləmə elementləri

  • Diqqətlə dinləyin və onların baxış yanaşma tərzini, duyğularını başa düşməyə çalışın
    • Kənar amillərin diqqətini yayındırmasına imkan verməyin
    • Mülayim və səmimi olun
    • Dediklərini təkrarlayın və düz başa düşüb-düşmədiyinizi soruşun
    • Əsas sözləri təkrarlayın, deyilənləri əks etdirin
    • Şərh etmək əvəzinə təsvir edin
    • Sonda başa düşdüklərinizi ümumiləşdirin
    • Eşitdiyiniz əsas məqamları müəyyən edin və əks etdirin

Düzgün ünsiyyət:
Nələri deməli və etməlisiniz?

  • Danışmaq üçün sakit, rahat və diqqəti yayındıran amillərdən uzaq
  • Yanında dayanın, lakin ancaq adətlərə və mədəniyyətə uyğun olaraq, məsafə saxlayın.
  • Onları dinlədiyinizdən əmin edin. “hmmmm” , “Aha”
  • Səbirli və sakit olun.
  • Yalnız bildiyiniz məlumatı verin. bilmədikləriniz barədə də dürüst olun.

“Bilmirəm, ancaq sizin üçün bu barədə məlumat tapmağa çalışacağam.”

  • Sadə dildə danışın.
  • Özlərini necə hiss etdiklərini, sizinlə bölüşdükləri hər hansı itki və ya vacib hadisələri anlamağınızı bildirin (məsələn, evini və ya sevdiyi birini itirmək). “Çox təəssüf edirəm…”
  • Məxfiliiyə hörmət edin. Sizə açıqladıqları hekəyələrini, hadisələri gizli saxlayın.
  • Onların gücünü və başqalarına göstərdikləri yardımı qiymətləndirin.

Düzgün ünsiyyət:
Nələri deməməli və etməməlisiniz?

  • Hekayələrini danışmağa məcbur etməyin.
  • Sözlərini kəsməyin və ya tələsdirməyin.
  • Onların vəziyyəti barədə fikir bildirməyin, sadəcə dinləyin.
  • Fiziki toxunuşun uyğun olub-olmadığından əmin deyilsinizsə – əl dəyməyin.
  • Etdiklərinə, etmədiklərinə və ya duyğularına görə onları mühakimə etməyin.

“Özünüzü bu cür hiss etməməlisiniz.” və ya “Sağ qaldığınıza görə sevinməlisiniz.” kimi cümlələr işlətməyin.

  • Bilmədiyiniz məlumatları uydurmayın.
  • Çox texniki terminlərdən istifadə etməyin.
  • Başqasının hekayəsini danışmayın.
    Öz problemlərinizdən danışmayın.
  • Yalan vədlər və əminlik verməyin.
  • Özünüzü bütün problemlərini həll etməyə məcbur hiss etməyin.
  • Onları sahib olduqları gücdən və öz qayğılarına qalmaq qabiliyyətindən məhrum etməyin.

İnsanların sakitləşməsinə yardım edin:

  • Mülayim və sakit səslə danışın
  • göz təması qurmağa calışın (uşağın səviyyəsinə enin)
  • Təhlükəsizlikdə olduqlarını və onlara kömək etmək üçün orada olduğunuzu deyərək təskinlik verin
  • Əgər özlərini «qeyri-real» hiss etsə, ona aşağıdakılarla əlaqə yaratmaqda kömək edin:
    • Özü (ayaqlarının yerə dəydiyini hiss etmək, əllərini dizlərinə vurmaq)
    • Ətrafı (ətrafdakıların fərqinə varmaq)
    • Nəfəsi (diqqətlə və yavaş-yavaş nəfəs almaq)

Əlaqələndir – əsas ehtiyaclar

  • Hansı xidmətləri tələb edirlər?
  • Hansı xidmətlər mövcuddur?
  • Həssas və təcrid olunmuş şəxslərə – xüsusi diqqət
  • Əgər söz vermisinizsə, mütəmadi əlaqə saxlayın
  •  Sıxıntıda olan şəxslər  narahatlıqların altında əzilə bilərlər…
  • Əsas ehtiyacların prioritetləşdirilməsində onlara yardım edin
  • Həyatlarında dəstək mənbəyini müəyyən etməyə yardım edin
  • Ehtiyacların qarşılanması ilə bağlı praktiki tövsiyələr verin  (qida yardımı üçün qeydiyyat və s.)
  • Keçmişdə bu cür vəziyyətlərin öhdəsindən necə gəldiklərini və nələri edəndə özlərini yaxşı hiss etdiklərini xatırladın.
  • Yardım etməzdən öncə dəqiq məlumat yığın
  • Ən son yeniliklər barədə məlumat
  • Xidmətlərin haradan və necə əldə edə bilmələri barədə məlumat (xüsusilə həssas insanlara)
  • Yalnız bildiriklərinizi deyin: özünüzdən məlumat uydurmayın
  • Sadə və dəqiq mesajlar verin, onları tez-tez təkrarlayın
  • Şayiələri azaltmaq üçün eyni məlumatı qruplara verin
  • Verdiyiniz məlumatın mənbəyini və etibarlılığını izah edin
  • Növbəti dəfə nə zaman və harada məlumat verəcəyinizi bildirin.
  • Sosial yardım bərpa prosesi üçün çox vacibdir
  • Ailələri birlikdə saxlayın: uşaqları qayğı göstərənlərdən ayırmayın
  • Dostları və sevdikləri ilə əlaqə yaratmaqda kömək edin
  • Dini dəstəyin əlçatanlığına şərait yaradın
  • Zərər çəkmiş şəxslər bir-birinə yardım edə bilərlər: onları bir araya gətirin
  • Xidmətlərin haradan və necə əldə edə bilmələri barədə məlumat verin (xüsusilə həssas insanlara)

Yardımın sonlandırılması

  • Ehtiyacları və öz ehtiyaclarınızla bağlı düzgün qərar verin
  • Getməli olduğunuzu izah edin və mümkün olarsa tək buraxmayın (kömək/dəstək edə biləcək dost/mütəxəssis və s.)
  • Onları xidmətlərlə əlaqələndirmisinizsə, müvafiq məlumatın və nələrin gözlədiyini bildiklərindən əmin olun.
  • Söhbətin necə keçməsindən asılı olmayaraq, müsbət şəkildə vidalaşın və onlara uğur arzulayın.

Xülasə: etik prinsiplər

Nələri etmək olar?

  • Dürüst və etibarlı olun
  • İnsanların öz qərarlarını vermək hüququna hörmətlə yanaşın
  • Qərəzli və qeyri-obyektiv fikirlərinizin fərqinə varın və onları kənara qoyun
  • İnsanlara bildirin ki, hətta onlar indi yardımdan imtina etsələr belə, gələcəkdə yardımdan faydalana bilərlər
  • İnsanların şəxsi həyatına hörmət edin və mümkün olduqca danışdıqları hekayəni gizli saxlayın
  • İnsanların mədəniyyətinə, yaşına və genderinə uyğun davranın

Nələri etmək olmaz?

  • Yardım göstərən şəxs kimi münasibətinizdən sui-istifadə etməyin
  • İnsanlardan onlara göstərdiyiniz yardım qarşılığında pul və ya yaxşılıq tələb etməyin
  • Yalan vədlər və ya yanlış məlumatlar verməyin
  • Bacarıqlarınızı mübaliğə etməyin
  • İnsanlara məcburi şəkildə kömək etməyin və inadkar və ya zəhlətökən olmayın
  • İnsanları öz hekayələrini danışmağa məcbur etməyin.
  • Onların hekayələrini başqaları ilə paylaşmayın
  • İnsanları hərəkətləri və ya duyğularına görə mühakimə etməyin

Fərdi və kollektiv qayğını məşq edin:

  • Yardımdan əvvəl:
    • Kömək etməyə hazırsınızmı?
  • Yardım zamanı:
    • Fiziki və emosional olaraq sağlam qalmaq üçün nə edə bilərsiniz?
    • Həmkarlarınızı dəstəkləmək və onların sizi dəstəkləmələri üçün nələr edə bilərsiniz?
  • Yardımdan sonra:
    • Dincəlmək, yaxşılaşmaq və fikirləşmək üçün necə vaxt tapa bilirsiniz?

Hüznü idarə etmək və öz qayğına qalmaq

Hüzn mürəkkəb psixo-fizioloji  reaksiyasıdır. Cins, yaş, dini, etnik, mədəniyyət və başqa individual fərqliliklərə görə reaksiya deyişir.

 Kəskin hüzün daha tez idarə oluna və normal həyata inteqrasiya oluna bilər. Böhranda bildiyimiz dünyanın məhv olmasına (yalnız minlərlə insanın ölümünə görə deyil) qarşı mübarizə kollektiv hüzn və yas  formasını ala bilər.

 Ümumi hüzn əlamətləri:

  • Sarsıntı və inamsızlıq, donuqluq, hətta itkinin qəbul edilməməsi
  • Qəm, ümidsizlik, tənhalıq, boşluq hissi
  • Günahkarlıq, peşmanlıq, utanc
  • Qəzəb, inciklik
  • Narahatlıq, acizlik, müdafiəsizlik, qorxu
  • Yorğunluq, ürəkbulanma, naxoşluq, çəkinin azalması və ya artması, ağrı və sancı, gecələr tərləmə, ürək döyüntülərinin artması, zəiflik və ya başgicəllənmə, yuxusuzluq və ya hipersomniya kimi fiziki əlamətlər.

Hüzn: Miflər və faktlar:

Mif: Əgər fikir verməsən, ağrı daha tez yox olacaq

Fakt: Ağrıya diqqət yetirməmək/gizlətmək uzunmüddətli perspektivdə – ağırlaşmasına səbəb olacaqdır. 

Sağalmaq üçün hüznlə üzləşmək və fəal şəkildə məşğul olmaq lazımdır.

Mif: İtki ilə üzləşdikdə “güclü olmaq” vacibdir.

Fakt: Qəmginlik, qorxu və ya tənhalıq hissi itki zamanı normal reaksiyadır. Ağlamaq zəif olduğunuzu göstərmir. Həqiqi duyğularınızı göstərmək yaxınlara və sizə kömək edə bilər.

Mif: Əgər ağlamırsınızsa, bu, sizin itkiyə məyus olmadığınızı göstərir.

Fakt: Ağlamaq qəmgin olduqda normal reaksiyadır, ancaq yeganə deyil. Ağlamayan insanlar dərin ağrı hissini digər yollarla göstərirlər.

Mif: Hüzn təxminən bir il davam edir.

Fakt: Hüzn üçün konkret müddət yoxdur.

Mif: Həyatını davam etdirmək itkini unutmaq deməkdir.

Fakt: Həyatını davam etdirmək itkini qəbul etməsidir, lakin unutmaqla eyni deyil. Həyatınızı davam edib, itirdiyiniz kimin və nəyin xətirəsini saxlaya bilərsiniz.  Əslində, Bu xatirələr bizim kim olduğumuzu daha çox müəyyən edə bilər.

Hüznün beş mərhələsi

Qəbul etməmək: “Bu, baş verə bilməz.”

Qəzəb: “Bu, nə üçün baş verir? Kimdir günahkar?”

Sövdələşmə: “Elə et ki, bu baş verməsin. Qarşılığında ________.”

Depressiya: “Mən heç nə etmək istəmirəm.”

Qəbul etmək: “Mən baş verənləri qəbul edirəm.”

Hüznə təsir edən amillər

Fövqəladə hallarda insanlar digərləri kimi hüznlənməyə bilərlər.  Səbəblər:

  • Ölümün baş vermə şəraiti
  • Cəsədin olmaması
  • Mərhumla münasibətin xarakteri
  • Şəxsi amillər
  • Əsas ehtiyaclarla bağlı narahatlıq
  • Mədəni mərasimlər
  • Yaş, gender, ailə və icmada rol

Sevdiklərinin itirilməsinə görə hüznlü olan insanlara yardım etmək:

  • Cəsəd olmadıqda yas saxlamağın alternativlərini təklif edin.
  • Toplaşmaq təhlükəsiz olana qədər yas/dəfn mərasimlərini təxirə salın.
  • Xəstə olan və ya ölüm yatağında olan sevdikləri ilə ünsiyyətdə olmaları üçün insanlara yollar təklif edin.
  • Yas saxlayan şəxslərə telefon vasitəsilə və onlayn şəkildə yardım göstərə biləcək dini liderləri müəyyən edin.
  • Uyğunlaşdırılmış  xüsusi dini prosedurlardan istifadə edərək vidalaşmaq üçün digər yolların müəyyən edilməsində insanlara yardım edin.
  • Yas saxlayan şəxslərə yardım edərkən uşaqlar, qadınlar, kişilər, ayrı-ayrı şəxslər və icmaların fərqli və unikal ehtiyaclarını müəyyən edin.
  • Gələcəyin olduğunu, Hüzünün fərqli formalara çevriləcəyini və ağrının tədricən azalacağını mülayim şəkildə xatırladın
  • Sosial münasibətlər üçün kreativ yollar tapın, ailə üzvləri daxil oluna bilər.
  • Mərhum şəxslə müəyyən bağlılıq hissinin yaranmasına yardım edin (məsələn, fotoşəkillər, hekayələrinin paylaşılması, dua etmək və s.)
  • Özünüz olun və öz sərhədləriniz daxilində yardım edin.
  • Onlara sakit yerdə müdaxilə etmədən öz hekayələrini danışmaq imkanı verin.
  • İştirak edəcək “təhlükəsiz” və müvafiq ailə üzvlərini müəyyən edin
  • İnsanlara vaxt və yer verin, onları dərhal yaxşı olmağa məcbur etməyin.  Səbirli olun.
  • Əsas psixo-sosial yardım bacarıqlarından istifadə edin
  • Müştərinin mərhum şəxs barədə açıq və geniş şəkildə danışmasına imkan verin
  • Hüzünü travmadan fərqləndirin
  • Pasientin hüzünün öhdəsindən gəlməsinə və yas mərasiminin təşkil edilməsinə yardım edin
  • Hüzün ilə bağlı təəssüratlarını bölüşməsi üçün açıq suallar verin
  • Pasientin rahat danışması üçün təhlükəsiz yer təmin edin və ona şəfqət göstərin

Rifah və özünəqayğı

  • Unutmayın, başqalarına yardım etməzdən öncə özümüzə diqqət yetirməliyik!
  • Fövqəladə hallar zamanı cavab tədbirlərini həyata keçirərkən ən vacib şey fiziki və psixi baxımdan özünə diqqət yetirməkdir.
  • Öz rifahınıza necə diqqət edirsiniz?
  • Rahatlamağa kömək edən fəaliyyətlərlə məşğul olmaq (gəzmək, mahnı oxumaq, dua etmək)
  • Fiziki məşğələ üçün vaxt ayırmaq: hərəkət etmək, gərilmə hərəkətləri etmək, gəzmək, rəqs etmək, gülmək
  • Böhranda olan şəxslərə yardım etmək və icma təşəbbüslərində iştirak etmək üçün təhlükəsiz yollar tapmaq (bu, hər hansı şəxsi yoxlamaq üçün çağırış ola bilər)
  • Gərginliyi idarə etmək üçün spirtli içki kimi zərərli məhsullardan istifadədən yayınmaq
  •  Qəzəb, məyusluq və ya gərginliyi ifadə etmək üçün zorakılıq və ya aqressiyadan çəkinmək
  • Rejim, o cümlədən yuxu rejimi qurmaq və ona əməl etmək
  • Xüsusilə, narahatlıq və gərginliyə səbəb olursa, fövqəladə hallarla bağlı xəbərlərin izlənilməsini məhdudlaşdırmaq
  •  Mümkün qədər müntəzəm olaraq qida qəbul etmək və su içmək
  •  Ailə, dostlar və icma ilə danışmaq və vaxt keçirmək (hətta uzaq məsafədən olsa da)
  •  Duyğu və narahatlıqları güvənli biri ilə müzakirə etmək

Gərginliyin idarə olunmasının qızıl qaydaları

  • Özünüzə qarşı çox qəliz davranmayın: sadə olmağa çalışın
  • Özünüzü daha yaxşı tanımağa çalışın və özünüzə fasilə verin
  • Duyğu və düşüncələrinizi içinizdə saxlamayın. Sakitləşməyinizə və gərginliyinizin azalmasına kömək edə biləcək tədbirlər görün.
  • Sərhədlər qoyun!
  • Əgər daha çox yardıma ehtiyacınız varsa yardıma qarşı istəksiz olmayın

Problemin nə olduğundan asılı olmayaraq, hər zaman yardım etmək istəyən və yardım edə biləcək şəxslər olur. Onların yardım və təcrübələrindən faydalanmağa istəkli olun.