28 apreldə Quba rayonunda vətən müharibəsinin iştirakçılarına dəstək xarakterli Psixoyardım layihəsi çərçivəsində təlimlər keçirilib.
“Yardım edənlərə bacarıq və vərdişlərin aşılanması” təlimində təlimçilər Fidan Abdullayeva və Turan Balaşzadə qazilərlə daha çox təmasda olan dövlət qurumlarının əməkdaşlarına ilkin psixoloji yardımvermə barədə danışdılar və onları MHPSS-(Psixi Sağlamlıqda Psixo-Sosial dəstək)-dən istifadə üçün müvafiq proqramla tanış etdilər. Layihənin rəhbəri təşkilatın sədri, psixoloq Kamil Həmidovdur.
Təlimin mövzusu Ümumdünya Səhiyyə Təşkilatının təlimçilər üçün təlim proqramını əhatə edir.
Layihə çərçivəsində hazırlanmış www.psixoyardım.az saytı vasitəsilə vətən müharibəsi bütün iştirakçıları psixoloji testlərlə özlərinin psixoloji durumlarını dəyərləndirə, yardım üçün müvafiq qurumlara çıxış əldə edə bilərlər.


















