
EMDR (Göz hərəkətləriylə laqeydləşdirmə və yenidən emal) 1987-ci ildə Amerikalı psixoloq Francine Shapiro tərəfindən kəşf edilən psixoterapiya texnikasıdır.
Aspirantura tezisiylə məşğul olduğu sırada, könüllü göz hərəkətləriylə birlikdə narahat edici düşüncələri düşünəndə, bu düşüncələrin yaratdığı mənfi hisslərin azaldığını görən Shapiro, bu kəşfinin fəaliyyətini araşdırmaq adına travma sonrası stress pozğunluğu olan Vyetnam veteranlarıyla, təcavüz və cinsi istismar mağdurlarıyla araşdırmalar etmişdir. Bu araşdırmalar nəticəsində göz hərəkətləriylə laqeydləşdirmə (EMDR) travmatik yaşantıların mənfi təsirlərinin mənalı dərəcədə azaltdığını görmüşdür. Texnika əsnasında göz hərəkətləriylə,səslərlə və ya bədəndə edilən kiçik toxunuşlarla cüt tərəfli (beynin sağ və sol tərəfi) tabeçilik təmin edilir. Bu tabeçilik əsnasında pasiyent keçmiş xatirələrinə,o xatirələri tətikləyən bu gün yaşadığı hadisələrə və gələcəkdə yaşamaq istədiyi müsbət təcrübələrə gedir. Bu müddət boyunca pasiyent fikir qazanmaq, xatirələrdə dəyişmə yaşamağı, ya da yeni əlaqələr qurmağı təcrübə edə bilər.