
Koqnitiv Davranış Terapiyası (Cognitive Behavioural Therapy CBT) olan elmi yolla effektivliyi ən çox sübut olanan psixoterapiya növüdür. insanların düşüncə, hiss və davranışları arasında bir əlaqənin mövcud olduğunu iddia etməkdədir. İnsanları narahat edən yaşadıqları hadisələr deyil, həmin hadisələr haqqındakı düşüncələridir. İnsanlar başlarına gələn hadisələri və içinə düşdükləri şəraitləri müxtəlif cür dəyərləndirə bilərlər. Kimisi üçün normal olan bir vəziyyət, başqası üçün dözülməz və ya yaxşı bir şey ola bilər. Beləliklə, insanın özünü yaxşı və ya pis hiss etməsi də düşüncələrindən asılı olmuş olur. Hislər, bədənin düşüncələrə verdiyi reaksiyalardır.
Koqnitiv Davranış Terapiyası zamanı psixoloqlar düşüncə dəyişiminə fokuslanırlar. Bir gün ərzində insanın ağlından minlərlə düşüncə keçir. Bu düşüncələrin bir qismi insana kədər, təşviş, utanc, əsəb, məyusluq, ümidsizlik, günahkarlıq və s. kimi mənfi hisləri yaşada bilər. Bu sahədə aparılmış elmi tədqiqatlar göstərir ki, bu tip düşüncələrin əksəriyyəti irrasionaldı. Yəni, bu düşüncələr məntiqi əsasa ya da sübuta söykənmirlər. Bunları düşünmək insana heç bir fayda vermir və eyni zamanda bu düşüncələr reallığı doğru əks etdirmirlər. Dolayısıyla, Koqnitiv Davranış Terapiyasını tədbiq edən psixoloqun əsas vəzifəsi insanlara daha rasional düşünməyi öyrətməkdir.
Əsası Albert Ellis və daha sonra Aaron Bek tərəfindən formalaşdırılmış psixoterapiya növü. KBT-də strukturlaşmış, problemlərin həllinə yönəlmiş psixoterapevtik yanaşma istifadə olunur. Bu termindən həm koqnitiv, həm də bihevioral texnikaları tətbiq edən birləşdirilmiş psixoterapevtik metodu müəyyən etmək üçün istifadə olunur.